Kitab bağışlamaqla həyat bağışla!

“Leykemiya ilə Mübarizə” İctimai Birliyi “Kitab bağışlamaqla həyat bağışla!” adı altında aksiyaya start verib.

Təşkilatın sədri Mehriban Bağırova AZƏRTAC-a bildirib ki, aksiyanın məqsədi sərgilər üçün kitab yığılması və həmin kitabların satılaraq xəstə uşaqlara dərman alınmasıdır. Bağışlanacaq kitabların köhnə və yeni olmasının fərqi yoxdur.

Qan xərçəngindən əziyyət çəkən uşaqların sağalması üçün təşkil olunan xeyriyyə aksiyaları mütəmadi olaraq keçirilir.

 

AZƏRTAC