“Kistoz Fibroz” mövzusunda vebinar keçirilib
Bakı, 23 may, AZƏRTAC
“Kistoz Fibroz” mövzusunda keçirilən vebinar K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayevin, Türkiyənin Mərmərə Universitetinin professoru Bülənd Karadağın və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Ana və uşaq sağlamlığının təşkili şöbəsinin baş mütəxəssisi Şəbnəm Şahgəldiyevanın açılış sözləri ilə başlayıb.
AZƏRTAC Elmi-Tədqiqat Pediatriya İnstitutuna istinadla bildirir ki, institutun bölmə rəhbəri Zenfira Mürsəlova “Kistoz fibrozun klinikası və diferensial diaqnostikası”, Türkiyənin Mərmərə Universitetinin həkimi Aynur Quliyeva “Kistoz fibrozun ağciyər forması, müalicə tədbirləri”, Uşaq Klinik Xəstəxanasının həkimi Emil Nuriyev “Kistoz fibrozun bağırsaq və qarışıq formasının klinik xüsusiyyətləri və müalicəsi”, “Kistoz fibrozlu uşaqlarda tənəffüs yolunun mikrob populyasiyası”, “Yenidoğulanların neonatal skrininqində kistoz fibrozun rolu”, “Kistoz fibroz xəstəsi uşağı olan ananın həyat hekayəsi” mövzularında çıxış ediblər.