Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi tərəfindən növbəti tədbir keçirilmişdir
21 iyun 2024-cü il tarixdə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi Yeni Klinika Tibb Mərkəzinin təşkilatı dəstəyilə “Kistoz Fibrozlunun Sağlamlıq Kartı” layihəsi çərçivəsində “Duzdan Asılı Həyatlar” adlı növbəti tədbirini keçirmişdir.
“Duzdan Asılı Həyatlar” tədbiri həkimlərin iştirakı ilə təlim xarakterli olub, Kistoz Fibroz xəstələrində həzm sistemi-qastroenterolji problemlərə həsr olunub.
Tədbir Azərbaycanın Dövlət himni səsləndirilərək iştirakçıların sayqı duruşuyla başlamışdır.
Tədbiri giriş sözüylə “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai birliyinin sədri Səadət Bayramova layihə haqqında məlumat verərək, Yeni klinikada yerləşən və uğurlu fəaliyyət göstərən Fatimə Bayramova adına Kistoz Fibroz Diaqnostika, Müayinə Müalicə Mərkəzi haqqında, həkimlərin xəstələrə xüsusi diqqət və qayğısından bəhs edərək tibb personalına təşəkkürünü bildirmişdir .
Hazırda xəstələrin vəziyyətindən, diaqnostikada rastlanan çətinliklərdən, dərman təminatından və yeni nəsil modulyator müalicəsinin nə qədər effektiv olduğu və xəstələrin həyatında müsbət dönüş yarada biləcəyindən bəhs edərək iştirakçılara təşəkkürünü bildirmişdir.
Tədbirdə fəxri qonaq qismində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyəti sədrinin müsavirii Nelli xanım Veysova iştirak etmişdir.
Daha sonra Yeni Klinikanin Pediatriya şöbəsinin müdiri Əkbər Quliyevə söz verilmişdir. Ə.Quliyev şöbənin tibb personalının kiçik pasiyentlərə xüsusi qayğısından, müalicədə bütün protokollara əməl edilərək, həmçinin icbari tibbi sığorta ilə xəstələrin müayinə və müalicələrinin klinika daxilində ən üst səviyyədə həyata keçirildiyindən bəhs etdi.
Ana və uşaq planlaması şöbəsinin müdiri və Yeni Klinika müdir müavini Gulnar Nuriyeva klinikanın müasir avadanlıqlarla təchiz olunmasından bəhs etdi. Sonrasında ağır xəstəlik olan Kistoz Fibroz xəstəliyinin qarşısının erkən diaqnostika və uyğun müalicə ilə alına biləcəyindən və bu sahədə də klinika olaraq əllərindən gələni etməyə hazır olduqlarını qeyd edərək tədbirin işinə uğurlar arzulayıb.
Bundan sonra tədbirin əsas elmi hissəsi uşaq qastroenteroloqu Fərid Məmmədov – Pediatrik Gastroenteroloq, Hepatoloq un təqdimatı ilə başlamışdır .F.Məmmədov Kistoz Fibroz xəstəliyində qastroenterolji problemlər haqqında ətraflı təqdimat etmişdir.
Tədbirin fəxri qonağı qismində iştirak edən Fatimə Bayramova Azərbaycanda Kistoz Fibrozun öz üzərindən tanınması və cəmiyyətin maariflənməsi üçün verdiyi dəstəyə görə “Kistik Fibroz Xəstələrinə Yardım”İctimai Birliyi tərəfindən təşəkkürnamə və Kistoz Fibroz simvolu olan yaxa broşu ilə təltif olunmuşdur.
Tədbirin ikinci elmi hissəsində söz pediatr Nigar Bayramovaya verildi. Qeyd edək ki, N.Bayramova Kistoz Fibroz xəstələri ilə ən çox ünsiyyətdə olan onların müayinə və müalicəsi ilə məşğul olan həkimlərdən biridir. N.Bayramova Kistoz Fibroz pasiyentlərin vəziyyəti və Kistoz Fibroz xəstəliyinin ağırlaşmaları haqqında qısa məlumat verdi.
Sonrasında tədbirin əsas mühazirəçilərindən olan, uşaq qastroenteroloqu Anar Tağıyev Kistoz Fibroz xəstələrində kilo alımının çətinliyindən ,sağlam bəslənmədən ,həzm fermentlərinin düzgün istifadəsindən ətraflı təqdimat etmişdir .
Tədbirin sonlarına yaxın KİFYİB sədri Səadət Bayramova Azərbaycanda Kistoz Fibrozun tanınmasında, İctimai Birliyin yaranmasında və sosial ictimai həyatında uğurlu iştirakına görə fəxri mukafatla təltif edilmişdir.
Tədbir öz işini müzakirəyə geniş yer ayıraraq ,iştirakcilari maraqlandıran sualların mühazirəçi həkimlər tərəfindən cavablandırılacaq yekunlaşdirdı. Beləliklə KİFYİB növbəti maariflənditivi tədbirini uğurla həyata keçirdi .