“Kinderland”: Bakıda uşaqlar üçün möhtəşəm əyləncə şəhərciyi açıldı - FOTO
Bakıda “Dəniz Mall” ticarət mərkəzində “Kinderland” – Uşaq Əyləncə şəhərciyinin açılışı baş tutdu.
“Kinderland” həm uşaqların, həm də valideynlərin arzu və istəklərini nəzərə almaqla təşkil olunub.
Bakı şəhərinin kiçik versiyasını xatırladan 5 min kvadratmetr ərazidə 4-14 yaş arası olan uşaqlar üçün 54 fəaliyyət ərazisində 60-dan çox peşə fəaliyyəti, 2-4 yaşlı uşaqlar üçün isə xüsusi oyun ərazisi mövcuddur. Burada valideynlərin vaxt keçirməsi üçün kafe və restoranlar fəaliyyət göstərir.
Fəaliyyət sahələrində uşaqlar müəyyən bilgilər alıb, özlərini müxtəlif peşə sahibləri kimi sınaya bilərlər. Burada foto və televiziya bacarığı, idman, aşpazlıq, səhiyyə və digər sahələr uşaqlara əyani şəkildə təqdim olunacaq, onlar əylənərək peşə vərdişlərinə yiyələnəcəklər.
“Kinderland”in əsas konseptini reallaşdırılması üçün ölkəmizin öndə olan və fərqli səhələrdə fəaliyyət göstərən 40-a yaxın tərəfdaş şirkət cəlb edilib və bu şirkətlərə məxsus 36 brend əyləncə mərkəzində təqdim olunub.
Qeyd etmək lazımdır ki, “Kinderland”in müəyyən sahələrində pul qazanmaq, digərlərində xərcləmək imkanı verilir. Belə ki, şəhərcikdə özəl pul vahidi “Kindi” dövriyəyə buraxılıb. Hər bir uşaq girişdə 50 “Kindi” alır və daha sonra pulu artırıb və ya xərcləmək imkanı qazanır.
“Kinderland” layihəsinin tərkib hissəsi kimi ilk dəfə ticarət mərkəzində əsl “Airbus A319” təyyarəsinin korpusu 30 metr hündürlükdə quraşdırılıb. Təyyarədə uşaqların təlimi üçün peşəkar uçuş simulyatorları quraşdırılıb və bunların köməyi ilə balacalar müxtəlif istiqamətlərdə virtual uçuşlar həyata keçirəcəklər.
Şəhərcikdə uşaqlara hər zaman dəstək olan, onları müxtəlif fəaliyyətlərə cəlb edən eduteynerlər (oyun otağı bələdçisi) xidmət göstərir. Onlar ali təhsil müəssisələri məzunları, xüsusi təlimlərdən uğurla keçən sertifikatlı peşəkar mütəxəssislərdi.
“Caspian Entertainment Company” şirkətinin direktoru Ahmet Haytaoğlunun sözlərinə görə, burada 200-dən çox yeni iş yeri açılıb.
Açılış mərasimində şəhərciyin məktəb şagirdləri üçün ideal məkan olduğu bildirilib.
“Kinderland”da Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş rəsmi illik ümumtəhsil məktəblərinin tədris planı əsasında geniş təhsil proqramı hazırlanıb. Bu proqram müəllimlərə tədris prosesini asanlaşdırmaq, yeni təhsil yanaşmalarını inkişaf etdirmək, uşaqların isə yeni bilik əldə etmək, marağını artırmaq üçün gözəl vasitədir.
Şəhərciyə giriş 20 (həftə içi) və 25 (həftəsonu) manatdır. Bunun əvəzində “Kinderland”da məhdudiyyətsiz vaxt keçirmək mümkündür!
Bu layihə uşaq əyləncəsi sahəsində ixtisaslaşan “Caspian Entertainment Company” şirkətinə məxsusdur. Şirkət “Amburan Kids”, “Kinderland Shuvelan Mini”, “Karting”, “Bumblebee Play/Preschool və Bumblebee Montessori”, “Slide” kimi layihələrin müəllifidir.
Ünvan – Neftçilər prospekti 26A, “Deniz Mall” ticarət mərkəzi (5 -ci mərtəbə).
“Kinderland” əyləncə mərkəzi haqqında ətraflı məlumatları qeyd olunan əlaqə nömrələrinə zəng edərək əldə bilərsiniz: (+994 12) 525 44 04, (+994 12) 525 44 14.
Rəsmi veb sayt – https://kinderland.az/, e -poçt ünvanı – info@kinderland.az
Sosial Şəbəkələr: Instagram, Facebook, Youtube.