K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu yeni ekspert sinifli ultrasəs cihazı ilə təmin edilmişdir.

Səhiyyə Nazirliyinin dəstəyi ilə alınan bu müasir, universal ultrasəs cihazı körpələrin və uşaqların sağlamlığının yüksək səviyyədə qorunmasına şərait yaradacaqdır.

Yeni ultrasəs cihazı kardioloji və neyrosonoqrafik müayinələrdən tutmuş muskuloskeletal analizlərə, periferik damarların və abdominal orqanların müayinəsinə qədər geniş imkanlar təqdim edir, təcili hallarda isə operativ istifadə üçün əlverişlidir.

4D TEE, ICE, neonatal və pediatrik müayinələr üçün imkanlara malik olan bu cihaz həm yenidoğulmuş, həm də böyük yaşlı uşaqlarda dəqiq diaqnostikanı təmin edəcəkdir.

Son iki ildə İnstitutun maddi-texniki bazası və tibbi avadanlıq təminatı gücləndirilmişdir ki, bu da vaxtında müdaxilə və dəqiq diaqnostikaya şərait yaradır.

Возможно, это изображение рентген, больница и текст

Возможно, это изображение 1 человек и больница

Возможно, это изображение больница и текст

Возможно, это изображение 1 человек, больница и текст