İsveçrəli həkim briqadası Mərkəzi Klinikada
Fevralın 15-dən 19-dək Mərkəzi Klinik Xəstəxananın Anadangəlmə Ürək Qüsurları Mərkəzində İsveçrəli həkimlər uşaqlarda anadangəlmə ürək qüsurlarının müayinə və diaqnostikasını aparacaqlar.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, ehtiyac olduğu təqdirdə uşaqlar üzərində müasir üsullarla qapalı və açıq ürək əməliyyatlarının icrası da nəzərdə tutulur.
Müayinələr və əməliyyatlar Cenevrə Universitetinin ürək cərrahiyyəsi və uşaq kardiologiyası klinikasının həkim briqadası tərəfindən icra olunacaq.