İsmayıllıda biryaşlı qız faciəli şəkildə öldü

İsmayıllı rayonunda körpə bədbəxt hadisə nəticəsində ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Diyallı kəndində baş verib.

Kənd sakini, 2024-cü il təvəllüdlü Səma Sənan qızı Məmmədova yaşadığı evin həyətyanı sahəsində nəzarətdənkənar qalaraq, həyətdə balıq saxlanılan gölməçəyə düşüb. O, hadisə yerində boğularaq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Samir Əli