İşğaldan azad olunmuş altı ərazidə modul tipli xəstəxanaların açılması nəzərdə tutulur

Bakı, 2 may, AZƏRTAC

Ötən ilin oktyabr ayından etibarən Şuşada 6 palata və 9 çarpayıdan ibarət ilk modul tipli xəstəxana fəaliyyətə başlayıb.

Burada təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional diaqnostika, stasionar və reanimasiya şöbələri fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev ötən ilin yekunları və 2022-ci ilin ilk üç ayı üzrə fəaliyyətlə bağlı mayın 2-də keçirilən mətbuat konfransında deyib.

Z.Əliyev bildirib ki, İşğaldan azad olunmuş altı ərazidə – Ağdam, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrutda da modul tipli xəstəxanaların açılması nəzərdə tutulur.