Ictimai fənnlər kafedrasında “Azərbaycan Xalq Cümhuriyyətində səhiyyənin inkişafı” adlı tədbir keçirilib
Mayın 18-də ictimai fənlər kafedrasında ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Azərbaycan Xalq Cümhuriyyətində səhiyyənin inkişafı” adlı tədbir keçirilib.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Kərimov toplantını açaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə tibb sahəsinin diqqət mərkəzində saxlanıldığını xüsusi qeyd edib və bu barədə daha ətraflı danışmaq üçün sözü kafedranın dosenti Cavanşir Sadıqova verib.
Tarixə ekskurs edən C.Sadıqov AXC-nin qısa müddətdə gördüyü böyük işlərdən söhbət açıb. O, Səhiyyə Nazirliyinin təşkilini, 1919-cu ildə Bakı Universitetində tibb fakültəsinin yaradılmasını ən böyük nailləyət kimi dəyərləndirərək, çətin bir dövrdə milli səhiyyə təşkilatçılarının yetişdiyini, ciddi islahatların aparıldığını xatırladıb.
Şərqdə ilk demokratik dövlətin uğurlu fəaliyyətinə həsr olunan tədbirdə səhiyyənin inkişafı haqqında səslənən zəngin məlumatlar iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.