İcbari tibbi sığortanın tətbiqi sahəsi genişləndirilir

Baxış
19

Gələn il Azərbaycanın daha iki rayonunda icbari tibbi sığortanın tətbiqi layihəsi həyata keçirilə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Maliyyə naziri qeyd edib ki, icbari tibbi sığorta üzrə 2 rayonda pilot layihə artıq həyata keçirilib. Bu, artıq öz müsbət nəticələrini verir. Növbəti ildə daha iki rayonda belə layihənin həyata keçirilməsi nəzərdə tutulur.

 

AZƏRTAC 

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin