İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 15-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “Kadr məsələlərinin tənzimlənməsi” mövzusunda növbəti təlim Qəbələ Müalicə Diaqnostika Mərkəzində keçirilib.

Agentliyin marketinq və ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a verilən məlumata görə, təlimdə Şamaxı, İsmayıllı, Kürdəmir, Göyçay, Ucar, Zərdab, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən tibb müəssisələrinin kadr məsələləri üzrə məsul əməkdaşları iştirak ediblər.

Təlim tibb müəssisələrinin icbari tibbi sığorta sisteminə keçidi ilə bağlı məsul əməkdaşları kadrlar sahəsində fəaliyyətlərinin təşkilinə dair məlumatlandırmaq və təlimatlandırmaq məqsədi ilə təşkil olunub.

Bu istiqamətdə təlim respublikanın digər regionlarında da keçiriləcək.