Hindistanda öskürək əleyhinə sirop qəbul edən 14 uşaq ölüb

Baxış
37

Hindistanın Madhya-Pradeş ştatında öskürək əleyhinə sirop qəbul edən azı 14 uşaq ölüb.

Oxu.Az bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, dərmanın tərkibində həddindən artıq miqdarda dietilen qlikol aşkarlanıb. Sirop istehsalçısı “Sresan Pharmaceuticals” şirkətinə qarşı cinayət işi qaldırılıb.

Qeyd edək ki, dietilen qlikol siropda əsas həlledici maddə olan propilen qlikolun daha ucuz, amma toksik əvəzedicisidir.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin