Həqiqət Qədirova: “Tatu və pirsinq hepatit xəstəliyini artırır"
“Ölkə.Az” Report-a istinadən xəbər verir ki, bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın sədr müavini Həqiqət Qədirova deyib.
O bildirib ki, viruslu hepatitlərin insan orqanizmində yoluxması baş verdikdən sonra ağır fəsadların olması qaçılmazdır.
H.Qədirova qeyd edib ki, hepatit A xronika hala çox nadir hallarda keçir: “Bu da adətən uşaqlar arasında qeydə alınır. B viruslu hepatit 10 faiz halda xronika hala keçir. Hepatit C isə 50 faizdən çox halda xroniki olur. Buna insanlar hətta “mülayim qatil” deyirlər. Çünki uzun müddət ərzində özünü büruzə vermir. Sonra da bu virusdan əziyyət çəkən 5-15 faiz xəstə insanlarda xərçəngə səbəb olur”.
“B viruslu hepatitlər insan orqanizmində qaraciyərə daxil olursa bu ömürlük olur. Bu gün tibb elmində hələ ki tam müalicə üsulları yoxdur. Ona görə də xəstəliyin qarşısı mütləq vaxtında alınmalıdır. A viruslu hepatit adətən natəmiz şəraitdən keçib. İlk olaraq sanitar gigiyenik normalara düzgün riayət etmək lazımdır. B,C, D viruslarının qarşısını almaq üçün qan verən zaman sağlamlığı yoxlanılmalı, tibbi avadanlıqların sterilizə olunmasına ciddi fikir verilməlidir. Digər tərəfindən cinsi yolla fərdi yanaşmanı nəzarətdə saxlamaq mütləqdir”- deyə mütəxəssis əlavə edib.