Həkim-rezidentlərin nəzərinə
22 və 23 oktyabr 2024-cü il tarixində keçirilməsi planlanan Dövri attestasiyanın tarixi texniki səbəblərə görə dəyişdirilmiş və 29 və 30 oktyabr 2024-cü il tarixinə keçirilmişdir.
Dövri attestasiyanın test mərhələsində rezident 2 (iki) saat ərzində 50 test sualına cavab verməlidir. Test suallarına hər düzgün cavab 2(iki) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur ( səhv cavablar düz cavablara təsir göstərmir). Testin yekununa görə 60 və ya daha çox bal toplayan rezidentlər dövrü attestasiyadan keçmiş hesab olunurlar.
Qeyd: İmtahana gələrkən şəxsiyyət vəsiqəsi tələb olunur.