Həkim-rezidentlərin nəzərinə!
Baxış
29
2019-cu ildə dövrü attestasiya imtahanından keçməyən, xarici ölkədə rotasiyada olan, sosial məzuniyyəti ilə əlaqədar imtahanda iştirak edə bilməyən həkim-rezidentlər üçün dövrü attestasiya imtahanı 24-25 iyun 2020-ci il tarixində saat 12:00-da Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində onlayn keçiriləcəkdir.
Dövrü attestasiya imtahanının keçirilmə qaydaları haqqında məlumatı https://.imtahan.amu.edu.az/login/index.php daxil olmaqla əldə edə bilərsiz.
Aşağıda qeyd olunan ixtisaslar üzrə onlayn imtahan tarixləri
| 24.06.2020 | 25.06.2020 | |
| Sıra №-si | İxtisaslar | İxtisaslar |
| 1 | Ftiziatriya | Otorinolarinqologiya |
| 2 | Laboratoriya işi | Kardiologiya |
| 3 | Mikrobiologiya | Dermatovenerologiya |
| 4 | Psixiatriya | Yoluxucu xəstəliklər |
| 5 | Anesteziologiya-reanimatologiya | Revmatologiya |
| 6 | Patoloji anatomiya və məhkəmə tibbi ekspertizası | Mamalıq-ginekologiya |
| 7 | Terapiya | Ümumi cərrahiyyə |
| 8 | Şüa-diaqnostikası | Travmatologiya-ortopediya |
| 9 | Pediatriya | Onkologiya |
| 10 | Nevrologiya | Uşaq cərrahiyyəsi |
| 11 | Qastroenterologiya | |
Şəxsi kodunu bilməyən həkim-rezidentlər Azərbaycan Tibb Universitetinin rezidentura və magistratura şöbəsi ilə əlaqə saxlaya bilərlər. (Telefon: 012 597 44 83)
Şərhlər (0)