Həkim-psixiatr və narkoloqlar üçün kurslar keçirilib
Bakı, 14 dekabr, AZƏRTAC
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) 2021/2022-ci tədris ilindən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının təşəbbüsü ilə psixiatrik yardımın göstərilməsinin yaxşılaşdırılması məqsədilə penitensiar sistemində çalişan həkimlərin təkmilləşdirilməsi və onların potensiallarının inkişaf etdirilməsi üçün təkmilləşdirilmə kursları keçirilir.
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Ağır stresin xüsusiyyətləri və müalicəsi” mövzusunda növbəti kurs Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının nümayəndələrinin iştirakı ilə psixiatriya və narkologiya kafedrasında təşkil edilib.
Ədliyyə Nazirliyi sistemində çalışan 11 həkim-psixiatr və narkoloqun iştirakı ilə keçirilən kurs başa çatandan sonra müdavimlərə sertifikatlar verilib.