“Fosfalyugel” adlı dərman vasitəsi geri çağırılıb

Bakı, 14 dekabr, AZƏRTAC

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin geri çağırılması Qaydası” rəhbər tutularaq, 028361 seriya ilə buraxılmış son istifadə tarixi 2023-cü ilin mayında bitən “Fosfalyugel” ticarət adlı alüminium phosphate gel 20 faiz, daxilə qəbul edilən gel 16 q №20 paketlərdə (saşe) dərman vasitəsinin geri çağırılması barədə qərar verib.

Bu barədə AZƏRTAC-a Analitik Ekspertiza Mərkəzinin mətbuat xidmətindən bildiriblər.