Göygöldə ağır yanıq xəsarəti alan körpə xəstəxanadan çıxarıldı

Baxış
21

Anjela Ələkbərova 8 əməliyyatdan sonra xəstəxanadan çıxarılıb

BAKI, 28 mart — Sputnik. Bu il fevralın 14-də Göygöl rayonunda yanan kerosin lampasının üzərinə aşması ilə ciddi xəsarət alan körpə Anjela Ələkbərovadan xəbər var.

Sputnik Azərbaycan-ın xəbərinə görə, fevralın 21-də əməliyyat üçün Türkiyəyə aparılan Anjela xəstəxanadan çıxarılıb. Bu haqda körpəyə dəstək olan xeyriyyəçilərdən biri Sənan Quliyev “Facebook” statusunda məlumat paylaşıb. O, qeyd edib ki, bu müddətdə azyaşlı 8 əməliyyat keçirib və 16 gün reanimasiyada qalıb.

Qeyd edək ki, körpə xeyriyyəçi Nərgiz Babayeva və Sənan Quliyevin sahib olduğu şirkətin köməkliyi ilə əməliyyat olunub.

 

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin