“Gilavar” sanatoriyasında aparılan humanitar aksiyanın ilk günü 89 nəfər müayinə olunub

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası mütəmadi olaraq Bakıda və ölkəmizin müxtəlif regionlarında səyyar xidmət göstərir. Klinika Sabunçu rayonundakı Pirşağı qəsəbəsində yerləşən “Gilavar” sanatoriyasında humanitar aksiya keçirib.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, aksiyanın ilk günü 89 nəfər müayinə olunub və onların xeyli hissəsində refraksiya patologiyası halı aşkar olunub.

Müayinə aksiyası bu gün də davam etdiriləcək.

 

AZƏRTAC