Gəncədəki xəstəxanada oksigen balonu yandı - Xəstələr təxliyə edilir

Baxış
46

Gəncədə xəstəxanada oksigen balonu yanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Abbas Səhhət adına 1 saylı Xəstəxanada qeydə alınıb.

Hazırda xəstəxananın Reanimasiya şöbəsində olan xəstələr Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 saylı Xəstəxanaya köçürülür. İlkin məlumata görə, təxminən 10-dan artıq xəstə artıq təxliyə olunub.

Bildirilib ki, Abbas Səhhət adına Xəstəxanaya elektrik enerjisi verilişi dayandırılıb, həmçinin bəzi xidmətlər göstərilmir.

Əlavə məlumat veriləcək.

Yunis Quliyev

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin