Gəncədə yaşlı kişi xəstəxananın ikinci mərtəbəsindən yıxılaraq öldü

Gəncə şəhərində xəstəxanada ölüm hadisəsi olub.

Oxu.Az xəbər verir ki, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxanasının Travmatologiya şöbəsində qeydə alınıb.

Həmin xəstəxananın sözügedən şöbəsində yatan Goranboy rayon sakini, 1954-cü il təvəllüdlü Z.Rzayev ikinci mərtəbədən yıxılıb.

O, xəstəxananın digər şöbəsinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Əli Məmmədov