Gəncədə xəstəxana direktoru vəzifəsindən azad edilib, yerinə müvəqqəti təyinat olub - YENİLƏNİB
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru vəzifəsini icra edən şəxs müəyyənləşib.
“Report”un Qərb bürosunun məlumatına görə, bu vəzifə müvəqqəti olaraq həkim İlkin İsmayılova həvalə edilib.
O, Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxananın Baş həkimidir.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru Nazim Əhmədov vəzifəsindən azad edilib.
“Report”un Qərb bürosunun məlumatına görə, bununla bağlı müvafiq qərar qəbul olunub.
Onun yerinə hələ yeni təyinat yoxdur.
Qeyd edək ki, Nazim Məmməd oğlu Əhmədov 2018-ci ildən bu vəzifədə çalışırdı.