Gəncədə məktəblilər arasında DAVA - Xəsarət alan var

Baxış
38

Gəncədə məktəblilər arasında baş verən dava nəticəsində bir nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“Martın 22-də saat 14:10-da 2008-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Sol gözünün hematoması və dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir”, – məlumatda qeyd olunub.

Aygün Mirakif

Gəncədə məktəblilər arasında dava olub.

Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri – 2009-cu il təvəllüdlü Fərid Quliyev, 2010-cu il təvəllüdlü Amin Hümbətov və Raul Hüseynov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdiriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin