Gəncə Tibb Kollecində məzun günü keçirilib
Azərbaycanda orta tibb işçiləri hazırlayan təhsil müəssisəsi olan Gəncə Tibb Kollecində məzun günü keçirilib. 1931-ci ildən fəaliyyət göstərən kollecdən bu gündək 55 min tələbə məzun olub. 2018-2019-cu tədris ilində təhsil ocağını müalicə işi, mamalıq, əczaçılıq və tibb bacısı ixtisasları üzrə 213 tələbə məzun adını qazanıb.
Məzun günündə tələbələri salamlayan kollecin direktoru Mehman Rzayev yüksək keyfiyyətli təhsil almaq üçün tibb təhsil müəssisəsində yaradılan şəraitdən söz açıb. Qeyd edib ki, bu gün dövlətimiz Azərbaycanda səhiyyə müəssisələrinin təmiri və texniki təhcizi ilə bərabər həm də həkim və orta tibb işçilərinin səviyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü işlər aparır.
Sonra 3 il müddətində təhsil və Gəncə Tibb Kollecinin ictimai həyatında fərqlənən məzunlara fəxri diplomlar təqdim olunub.
Kolleci böyük ruh yüksəkliyi ilə tərk edəcək məzunlar onlara verilən bilik və bacarıqlara görə, yaradılan gözəl şəraitə görə kollecin rəhbərliyinə və müəllimlərə öz minnətdarlığını bildirən tələbələr, 3 il müddətində əldə etdikləri elmi bilikləri və təcrübələrini insanların sağlamlığı naminə istifadə ediləcəklərinə söz veriblər.
Tədbir kollecin dərnək üzvlərinin ifasında mahnı və kompozisiyalarla yekunlaşıb.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı