Gələn il ölkəmizdə Göz Bankı yaradılacaq

Bakı, 7 iyun, AZƏRTAC

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində buynuz qişanın transplantasiyası əməliyyatları aparılır. Hazırda ölkədəki buynuz qişa transplantasiyası əməliyyatı xaricdən gətirilən donor hesabına həyata keçirilir. Gələn il isə ölkəmizdə Göz Bankı yaradılacaq və nəticədə əməliyyatları yerli donorlar hesabına həyata keçirə biləcəyik.

AZƏRTAC xəbər verir ki, bunu akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin şöbə müdiri Mətanət Əfəndiyeva Səhiyyə Nazirliyinin instaqram səhifəsində “Qlaukoma xəstəliyi” mövzusunda canlı yayımda deyib.