“Fulbright” proqramı çərçivəsində ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında seminar keçirilib

“Fulbright” proqramı çərçivəsində ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında seminar keçirilib

Martın 12-də “Fulbright” proqramı çərçivəsində ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında “İnfeksion xəstəliklərin epidemioloji analizi və sübuta əsaslanmış təbabət” mövzusunda seminar keçirilib.

Mühazirəni Marat Ospanov adına Qərbi Qazaxıstan Dövlət Tibb Universitetinin bir qrup magistrantları qarşısında Amerikanın Viskonsin Lakers Universitetinin professoru, dr. Robert Ceklin deyib. Onun dediyi mühazirə magistrantlar tərəfindən maraqla qarşılanıb.

Seminarda Amerika, Azərbaycan, Qazaxıstan səhiyyəsinin təşkili, problemləri, gələcək perspektivlər və digər məsələlərlə bağlı məlumatlar müzakirə olunub.

Qeyd edək ki, qazaxıstanlı magistrantlar universitetlərarası anlaşmaya əsasən martın 5-dən 16-dək ATU-nun qonağıdır. Onların hər gün müxtəlif kafedralarda təşkil edilmiş elmi seminarlarda iştirak etməsi nəzərdə tutulub.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı