Evdə iynə vurulan uşaq qəfil vəfat etdi

Baxış
44

Bərdədə 6 yaşlı uşaq ölüb.

“Ölkə.az” xəbər verir ki, ev şəraitində venadaxili inyeksiyadan sonra 2019-cu il təvəllüdlü Quliyeva Aylin Zaur qızının vəziyyəti pisləşib.

Bərdə Mərkəzi Xəstəxanasında həkimlərin müayinəsi zamanı uşağın öldüyü məlum olub.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi başlanıb. Araşdırma aparılır.(qafqazinfo)

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin