ETPİ-də doktoranturaya qəbul olmaq üçün “Pediatriya” ixtisası üzrə imtahan keçirilib

Tibb qəzetinin 30 aprel 2023-cü il 07-08 (767) nömrəli sayında 2023-cü il üçün doktorantura və dissertantura hazırlığı üzrə dərc olunan elana müvafiq olaraq bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) doktoranturaya qəbul olmaq üçün “Pediatriya” ixtisası üzrə imtahan keçirilib. İmtanada 3 həkim mütəxəssis iştirak edib.
İmtahan institutun rəhbərliyinin sədrliyi, imtahan üzvləri- direktorun elmi işlər üzrə müavini, elmi katib, vaxtından qabaq doğulmuş və yenidoğulanların patologiyası elmi bölməsinin rəhbəri və böyük elmi işçisi, pulmanologiya elmi bölməsinin rəhbəri, uşaq cərrahiyyə şöbəsinin həkim carrahının iştirakı ilə şifahi üsulla keçirilib.
Hər 3 namizəd Pediatriya imtahanından uğurla keçib.