Əri tərəfindən döyülən hamilə qadın uşağını itirdi

Baxış
37

Azərbaycanda hamilə qadın evdə əri tərəfindən döyülüb.

Oxu.Az xəbər verir ki, bu barədə ginekoloq Şəfəq Kamilova sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, pasiyentlərindən biri, uzunmüddətli müalicədən sonra fiziki şiddətə məruz qalıb:

“Dünən arzuolunan hamiləlik ailə münaqişəsinə qurban getdi. Oğlan qızı döyüb, evdə söz-söhbət… Qadından qan gəlib. Həkimə də aparmayıblar ki, düzələcək. Qızın anası gəlib aparıb klinikaya”.

Ginekoloqun sözlərinə görə, o, başqa həkimə getdikdə isə uşağı abort etmək lazım olduğu bildirilib:

“Nəticədə qadın hamiləliyini sonlandırmağa və boşanmağa qərar verib. Nə qədər çalışsam da, qadını abortdan yayındıra bilmədim”.

Mənbə: https://oxu.az/hadise/azerbaycanda-bedbext-hadise-eri-terefinden-doyulen-hamile-qadin-usagini-itirdi

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin