Enkoprez nədir?
Enkoprez nədir?
Tibbi bir səbəb olmadan 4 yaşından yuxarı uşaqların istəyərək və ya istəmədən nəcisini saxlaya bilməməsi, nəzarət edə bilməyərək uyğun olmayan bir yerə və əşyanın üstünə etməsi, sürtməsi və ya gizlətməsi ilə özünü göstərən pozğunluqdur.
Səbəbləri
Funksional qəbizlik: Enkoprezin 90% səbəbləri arasında yer tutur. Belə ki, qəbizliyi olan uşaqlar uzun müddət nəcis toplandığı üçün bağırsaq hərəkətləri zamanı olduqca ağrı hiss edərlər. Bağırsaq hərəkətlərin xronik olaraq tez-tez kəsilməsi, uşaqların normal nəcis ifrazı (defekasiya aktının) qabiliyyətinin itməsinə və xəbərsiz hissəvi bağırsaq hərəkətlərinə səbəb olur. Çölyak xəstəliyi də həmçinin enkoprezə yol aça bilər.
Psixoloji faktorlar: Məktəb yaşında olan uşaqlar arasında aparılmış tədqiqata əsasən enkoprez xüsusən qayğıya ehtiyacı olan uşaqlarda (4%); fobiyalar olan uşaqlar arasında (4,3%); diqqət əskikliyi və hiperaktivlik sindromu olan uşaqlar arasında (9,2%) daha çox rast gəlindiyi aşkarlanmışdır.
Sosial faktorlar: Düzgün tualet təliminin verilməməsi, ailəyə yeni uşağın daxil olması, yeni bir məktəbə başlama və sair kimi stressli hadisələrdə səbəb ola bilər.
Nərmin Əzizova
Pediatriya.az