Enerji içkiləri gəncin səhhətində problem yaradıb
Həkim də dilimdə yaranan problemin məhz enerji içkilərinin yaratdığını deyib
BAKI, 29 mart — Sputnik. Avstraliyalı gənc oğlan sosial şəbəkədə şəklini paylaşaraq hər kəsi heyrətləndirib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Dan Royals adlı gənc gün ərzində 5-6 banka enerji içkisi içirmiş. Daha sonra onun səhhətində problem yaranıb və həkim ona enerji içkiləri içməyi qadağan edib.
Dan Royals bildirib ki, dili günü-gündən pisləşir: “Mən səhhətimə diqqət edirəm. Amma enerji içkilərinin insan səhhətinə ziyan vuracağını bilmirdim. Həkim də dilimdə yaranan problemin məhz enerji içkilərinin yaratdığını deyib. O gündən içmirəm”.