Energetik içkilər narkotik effekti verir?
“Energetik içkilərin fəsadları gələcəkdə bəlli olacaq. Amma bu içkilərin dolayı ziyanı daha təhlükəlidir”.
e-tibb.az-ın xəbərinə görə, bunu Respublika Narkoloji Mərkəzinin direktoru Araz Manuçəri jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, son aylarda məktəblərdə energetik içkilərdən çox istifadə edirlər. Onun sözlərinə görə, bu içkilərdən həftədə 1-2 dəfə istifadə ziyan törətmir. Amma orqanizm öyrəşir və gələcəkdə uşaqların aktivləşdirici maddələrə meylləri artır: “Bu içkiləri qəbul edən uşaqlar elə bilirlər ki, onlar daha aktivdirlər və beyinləri daha yaxşı çalışır. Amma bilməlidirlər ki, gündəlik 3-4 bankadan artıq qəbul edilirsə, bu, narkotik effekti verir”.