Dünyada elektron siqaret çəkənlərin sayı açıqlandı

Baxış
40

Dünyada 100 milyondan çox insan veyp (elektron siqaret) istifadəçisidir və onların ən azı 15 milyonu 13-15 yaşlı yeniyetmələrdir.

Oxu.Az xəbər verir ki, bu rəqəmlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2000-2024-cü illəri əhatə edən tütün istehlakı tendensiyalarına dair yeni hesabatında təqdim olunub.

Hesabatda qeyd edilir ki, elektron siqaret istifadəçilərinin böyük əksəriyyəti yüksəkgəlirli ölkələrdə yaşayır.

Tədqiqat fərqli əhali kateqoriyaları arasında keçirilmiş 2 000-dən çox sorğunun nəticələrinə əsaslanır.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin