DST-nin, Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koronavirus ilə bağlı əhaliyə tövsiyələri

Bakı, 29 yanvar, AZƏRTAC

Dünya Səhiyyə Təşkilatı (DST), Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus ilə bağlı əhaliyə tövsiyələrinı açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, bu tövsiyələr aşağıdakılardır:

Əllərinizi yuyun

Öskürdükdən və asqırdıqdan sonra

• xəstələrə qulluq edərkən

• yemək hazırlayərkən, əvvəl və sonra

• yeməkdən əvvəl

• tualet istifadəsindən sonra

• əllər vizual olaraq çirkli göründükdə

• heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra

• əllər vizual olaraq çirkli göründükdə onları axar su və sabun ilə yuyun.

• əlləriniz çirkli deyilsə də, onları sabun və su ilə yuyun və ya spirt tərkibli təmizləyici (dezinfectant) istifadə edin

Başqalarını xəstələnmədən qoruyun

• öskürərkən və ya asqırarkən ağız və burnunuzu dəsmal, köynəyinizin qolu və ya dirsək bükümünüzlə örtün

• istifadə olunmuş dəsmalları qapalı zibil qutusuna atın

• xəstələrə qayğı göstərərkən və öskürdükdən/asqırdıqdan sonra əllərinizi yuyun

Özünüzü xəstələnməkdən qoruyun

Xəstə insanlarla (onların gözlərinə, burnuna və ya ağzına toxunmaq) və ev/ferma və ya vəhşi heyvanlarla qorunmamış təmasdan çəkinin

Qida təhlükəsizliyini tətbiq edin

Çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama taxtalarından və bıçaqlardan istifadə edin

Əllərinizi çiy və bişmiş qidalara toxundurduqda yuyun

Xəstə və ölü heyvanlar yeyilməməlidir

Heyvanlara və heyvan məhsullarına toxunduqdan sonra əlləri sabun və su ilə yuyun

Gözlərə, burun və ya ağzınıza toxunmayın

Xəstə heyvan və korlanmış ətlə təmasdan çəkinin

Sahibsiz heyvanlardan, bazarda ümumi və maye tullantılardan çəkinin

Avadanlıq və iş sahəsini gündə ən azı bir dəfə dezinfeksiya edin

Heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xələt, əlcək və qoruyucu maska (üz qoruyucusu) geyinin

İşdən sonra qoruyucu geyimləri çıxarın, yuyun və iş yerində saxlayın

Ailə üzvlərini çirklənmiş geyim və ayaqqabı təsirinə məruz qoymaqdan çəkinin

Koronavirus infeksiyası riskini azaldın:

Əllərinizi sabun və su ilə yuyun, spirt tərkibli təmizləyici ilə yuyun

Öskürərkən/asqırarkən ağız və burnunuzu dəsmal və ya dirsək bükümünüzlə bağlayın

Ət məhsullarını və yumurtanı tam bişirin

Canlı vəhşi və ferma heyvanları ilə birbaşa təmasdan çəkinin.