On dörd yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin satılması qadağan edilə bilər

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişikliyə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə əsasən, həmin qanuna 13.3-1-ci maddə əlavə edilib: “On dörd yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağandır.”

Qanunun mövcud 13-cü (Əhaliyə dərman vasitələrinin buraxılması) maddəsinə görə, əhaliyə dərman vasitələri yalnız aptek təşkilatları tərəfindən buraxılır. Aptek təşkilatlarında “Həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısı”na daxil edilmiş dərman vasitələrinin olması məcburidir. Optik ləvazimatlar, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, aptek təşkilatlarında digər malların satılması qadağandır. Həkim resepti əsasında buraxılan dərman vasitələrinin reseptsiz buraxılması qadağandır. Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dəyişikliyə əsasən, qanuna 13.3-1-ci maddə əlavə edilib. Həmin maddəyə əsasən, 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir.

Bu dəyişiklik 14 yaşı tama olmamış şəxslərin həyat və sağlamlığına ziyan vurulmamasını nəzərə alaraq dərman vasitələrinin buraxılmasının qadağan edilməsi məqsədi daşıyır. Dəyişiklik Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Картинки по запросу продажа лекарств детям

Sputnik Azərbaycan