Direktor autizmli şagirdi pilləkənlərdən itələyərək yıxdı - Dəhşətli görüntülər

Türkiyədə məktəb direktoru autizmli şagirdi pilləkənlərdən itələyərək yıxıb.
Medicina.az xəbər verir ki, dəhşətli hadisə Manisanın Turqutlu rayonunda baş verib.
İrlamaz kənd məhəlləsindəki İrlamaz Refik Pınar Orta Məktəbinin direktoru B.G. autizmli şagirdi pilləkənlərdən itələyib.
Bu barədə mediada yayılan xəbərlərdən sonra inzibati araşdırma başlanıb.
Hadisənin məktəb kamerası görüntüləri dosyeyə əlavə edilib və haqqında həbs qərarı çıxarılan direktor nəzarətə alınıb.
Qeyd edək ki, yıxılan uşaq 5-ci sinif şagirdidir. Hadisə geniş müzakirələrə səbəb olub.