Diqqət !!! Növbəti ödənişsiz müayinə keçiriləcək

Yanvarın 18-də “Həyat Fondu” və İsrailin “MVI” tibb mərkəzinin təşkilatçılığı ilə “Bakı City Hospitalda” İsraildən gələn tanınmış ortoped-travmatolog Alex Geftler ağır skolioz, kifoz, onurğa əyriliyi kimi bir sıra xəstəliklərdən əziyyət çəkənlər pulsuz müayinə ediləcəklər.

Fonddan AZƏRTAC-a bildiriblər ki, qəbula yazılmaq üçün “Həyat Fondu”nun 999 qısa nömrəsinə sms göndərib müraciət edə bilərsiniz.

Əlaqə nömrəsi: (+994 50) 357 00 58.

 

AZƏRTAC