Dərman təminatı və kompensasiya mexanizmləri yeni qaydada tənzimlənəcək

Baxış
28

“Dərman vasitələrinə əlçatanlığın artırılması və maliyyə risklərinin bölüşdürülməsi haqqında müqavilənin nümunəvi forması və bağlanılması Qaydası” təsdiq edilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bu qayda dərman vasitələrinə əlçatanlığın artırılması və maliyyə risklərinin bölüşdürülməsi haqqında müqavilənin nümunəvi forması və bağlanılması qaydasını müəyyən edir.

Belə ki, dərman vasitələrinə əlçatanlığın artırılması və icbari tibbi sığorta fondunun maliyyə sabitliyinin təmin olunması ilə bağlı münasibətlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə vəsiqə sahibi arasında bağlanılmış və bu Qaydanın əlavəsinə uyğun tərtib edilmiş müqavilə əsasında tənzimlənəcək.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin