Dənizkənarı Milli Parkda yeni fəaliyyətə başlayan attraksionlardan istifadə məbləği AÇIQLANDI

Dənizkənarı Milli Parkda yeni fəaliyyətə başlayan attraksionlardan istifadə məbləği açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva məlumat verib.
O bildirib ki, hazırda Dənizkənarı Milli Park ərazisində 4 ədəd yeni attraksion quraşdırılıb: “Həmçinin ərazi oyun pavilyonları ilə təmin olunub. Attraksionlarən gətirilmə prosesi mərhələli şəkildə icra olunacaq”.
Onun sözlərinə görə, ərazidə sıxlığın qarşısının alınması məqsədilə bilet terminalları da yer alır: “Bulvar ərazisində iki attraksion zonası fəaliyyət göstərir. Uşaqlar üçün olan attraksionlardan istifadə 3 manat, böyüklər üçün olan attraksionlardan istifadə 4 manat təşkil edir. Ödənişlə hər bir attraksionda 3-4 dəqiqə əylənmək mümkündür”.
Mətbuat katibi əldə olunan gəlirlərin hara xərclənəcəyi barədə də məlumat verib: “Buradan əldə olunan gəlirlər “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxs olaraq bulvarın saxlanılması, qorunması, yaşıllıqlarla təmin olunmasına və s. xərclənəcək”, – deyə o bildirib.
Aygün Mirakif