Dayaq-hərəkət sistemi xəstələri üçün xeyriyyə tədbiri

“Həyat Fondu”nun təşkilatçılığı ilə “Bakı City Hospitalda” xəstələrin pulsuz tibbi müayinəsi aparılır. İki gündür ki, İsraildən gələn tanınmış ortoped-travmatoloq Aleks Qeftler ağır skoleoz, kifoz, onurğa əyriliyi və s. xəstəliklərdən əziyyət çəkən xəstələri qəbul edir.

AZƏRTAC xəbər verir ki, xeyriyyə tədbirinin ilk günü 50-dən artıq xəstə müayinə edilərək onlara müalicələr təyin olunub.

Müayinə nəticəsində orta ağır xəstələrin Bakıda, ağır xəstələrin isə İsraildə əməliyyat olunması qərara alınıb.

“Həyat Fondu”nun və İsrailin “MVI” Tibbi Mərkəzinin təşəbbüsü ilə keçirilən xeyriyyə tədbiri sabah da davam edəcək.

 

AZƏRTAC