COVID-19-a qarşı AstraZeneca/Oxford vaksini 70 faiz effektivdir
Bakı, 23 noyabr, AZƏRTAC
AstraZeneca şirkəti ilə Oksford Universitetinin COVID-19-a qarşı birgə hazırladığı vaksinin effektivliyinin 70 faiz səviyyəsində olması təsdiq edilib. AZƏRTAC bu haqda Euronews-a istinadla xəbər verir.
Press-relizdə bildirilir ki, yeni preparatın 20 min könüllü üzərində sınaqlarının ilkin nəticələri belədir. Məlum olub ki, bu vaksin bir dəfə böyük dozada daxil edildikdə onun effektivliyi 62 faiz təşkil edir, ikiqat vaksinləmə vaxtı isə həmin göstərici 90 faizə qədər arta bilər.
Bunu “fantastik nəticə” adlandıran Böyük Britaniyanın baş naziri Boris Conson qeyd edib ki, vaksinin təhlükəsizliyinin yoxlanması hələ davam edəcəkdir.
Daha əvvəl Moskvadakı Qamaleya adına İnstitut bildirib ki, COVID-19-a qarşı birinci Rusiya vaksini olan “Sptnik V”in effektivliyi 92 faiz təşkil edir. “Pfizer” və “BioNTech” şirkətlərinin hazırladığı vaksində bu göstəricinin 95 faiz, “Modern” şirkətlərinin hazırladığı vaksində 94 faiz səviyyəsində olduğu müəyyən edilib.