Çində aşkarlanan iki yeni virus meyvələrdən yoluxur

Döş qəfəsi xəstəlikləri üzrə mütəxəssis, türkiyəli professor Tevfik Özlü Çində yarasaların idrarında aşkarlanan “henipavirus” cinsinə mənsub iki yeni virusla bağlı ictimai narahatlığa aydınlıq gətirib.

Azmedinfo.az  xəbər verir ki, yarasaların məskunlaşdığı ərazilərin meyvə bağlarına yaxın olması mümkün çirklənmə ssenarisini yaradır. Yarasa sidiyi ilə çirklənmiş meyvələr vasitəsilə insanlara keçməsinin ehtimalı bu virusların potensial təhlükə mənbəyi olduğunu göstərir.

Lakin bu gün epidemiyaya və ya insanlar arasında narahatlığa zəmin yaradan heç bir təhlükənin olmamasını vurğulayan T.Özlü “bu, tamamilə elmi araşdırmadır” – deyə diqqətə çatdırıb.

Belə ki, Çinin Yunnan əyaləti yaxınlığında yarasalar üzərində aparılan araşdırmada insanlarda ağır xəstəliklərə səbəb ola biləcək yeni virus növləri müəyyən edilib.

“Henipavirus” cinsinə mənsub bu viruslar əvvəllər insanlarda ağciyər infeksiyası və beyin iltihabına səbəb olan virus növlərinə bənzəyir.