Bunları bilmək maraqlıdır

İtalyada aparılan bir tədqiqatda tibbi müdaxilə zamanı ananın danışması körpənin ağrı hisslərinin azaldığı və oksitosin səviyyəsinin vacib dərəcədə yüksəldiyi müşahidə edilmişdir.

İndiki dövrdə körpələr arasında vaxtından əvvəl doğulma get-gedə daha çox müşahidə edilir. Hər il təqribi 15 milyon vaxtından qabaq doğulma müşahidə edilir. Bu körpələrdə vaxtından qabaq doğulma ilə əlaqədar görülən problemlərlə yanaşı, bir sıra tibbi müdaxilərə də məruz qalırlar. Küvezə yerləşdirilməli, zondla yedizdirilməli və tez-tez qan analizləri verməli olurlar. Bir sözlə, vaxtından qabaq doğulan körpələr həm ana atadan ayrı qalır, həmçinin ağrılı müdaxilərə məruz qalırlar.

Aparılan başqa bir tədqiqatda, ananın səsinin körpəyə ağrılı müdaxilələrdə necə təsir edəcəyi öyrənilmişdir. Bu məqsədlə 20 vaxtından qabaq doğulan körpəyə ağrılı müdaxilə vaxtı ananın danışması və ya musiqi oxuması xahiş olunmuşdur. Bu körpələrdə oksitosin səviyyəsinin kəskin yüksəldiyi müşahidə edilmişdir. Hətta ananın səsinin eşidilməsi körpələrdə “Vaxtından əvvəl doğulan körpələrdə İnfant Ağrı Profili (PİPP)” ballarının nəzərə çarpacaq dərəcədə azaldığı müşahidə edilmişdir. Bu nəticələrdə onu göstərir ki, ananın səsi ağrı reaksiyasının qavramasına təsir göstərir.

Nəticə olaraq, doğuşdan etibarən ağır stressə və çoxlu tibbi müdaxilələrə məruz qalan vaxtından əvvəl doğulan körpələrdə, ananın yanında olması və körpələrlə səsli münasibətin çox vacib olduğunu göstərir.

Lakin, bizim ailələrimiz xüsusən analarımız çox həssasdırlar. Ona görə də onların qarşısında tibbi müdaxilə etmək çox çətin olub, nəinki körpələrinə önların özlərinin belə bu halda köməyə ehtiyacı olur.