Bu uşaqlar piylənməyə daha çox meyillidirlər

Yaponiyada aparılan araşdırmalara görə, az çeynəyən və tez yemək yeyən uşaqların piylənməyə meyilli olduğu aşkarlanıb.

Ölkə.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Yaponiyanın Osaka Universitetinin alimləri araşdırma aparıblar.

Alimlər 9-10 yaş arası təxminən 1400 uşağın yemək vərdişlərini araşdırıblar və yeməyini kifayət qədər çeynəməyən uşaqların piylənməyə daha çox meyilli olduğunu müəyyən ediblər.

Məlum olub ki, az çeynəyən uşaqlarda piylənmə riski 1,5 dəfə, tez yeyən uşaqlarda isə piylənmə riski təxminən 2 dəfə çoxdur.

Bu vəziyyətin daha çox oğlanlarda müşahidə edildiyi üzə çıxsa da, araşdırma nəticəsində “obez” sinfində 167 uşaq qiymətləndirilib.

Araşdırma “Science Direct” saytında dərc olunub.