Bu ölkə 15 yaşadək uşaqlara bəzi sosial şəbəkələri qadağan etməyə hazırlaşır

Danimarkanın baş naziri Mette Frederiksen parlamentə müraciəti zamanı hökumətin 15 yaşadək uşaqlar və yeniyetmələr üçün “bəzi sosial şəbəkələri” qadağan etmək niyyətində olduğunu açıqlayıb.

Ölkə.az xəbər verir ki, bu barədə “Ritzau” məlumat yayıb.

Nazir çıxışı zamanı bildirib ki, Danimarkada sosial şəbəkələrə məhdudiyyət 15 yaşadək qüvvədə olmalıdır. Eyni zamanda, 13 yaşdan etibarən valideynlər uşaqlarına bu şəbəkələrdən istifadə etməyə icazə verə bilməlidirlər.

“Mobil telefonlar və sosial şəbəkələr uşaqlarımızın uşaqlığını oğurlayır”, – deyə Danimarkanın baş naziri bildirib.

O, hansı sosial media platformalarını nəzərdə tutduğunu və ya qadağanın praktikada necə işləyəcəyini açıqlamayıb.

Həmidə İbrahimova