Bu məkanlarda maska taxmaq məcburidir

Baxış
36

“Qapalı yerlərdə tibbi maskalardan istifadə məcburidir”.

e-tibb.az  APA-ya istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, ictimai nəqliyyatda və digər yerlərdə də bu qaydalara riayət edilməsinə çağırış edilir: “İctimai nəqliyyatda da qoruyucu vasitələrdən istfiadə etmək məcburidir. Təlimatlar təsdiqlənəndən sonra ictimai nəqliyyatda sürücülər və sərnişinlşərin nələrə riayət etməli olduğu əksini tapacaq”.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin