Bu ilin səkkiz ayında doğum və ölüm hallarının sayı AÇIQLANDI
Bu ilin yanvar-avqust aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 54 898 doğulan körpə və 34 994 ölüm qeydə alınıb.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin yanvar-avqust ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə qeyd edilib.
Doğulan körpələrdən 1854-ü əkiz, 72-si isə üçəm olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə doğum göstəricisi azalaraq 9.8-dən 9.2-yə düşüb.
Bu ilin səkkiz ayı ərzində qeydə alınan ölüm halı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5.9) qalıb.