Bu ilin ilk rübündə qeydə alınan doğum və ölüm halları AÇIQLANDI

Baxış
39

Bu ilin yanvar-mart aylarında qeydə alınan doğum və ölüm halları açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin yanvar-mart aylarında ölkədə 14 172 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6.2-dən 5.6-ya düşüb.

Məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22 119 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9.7-dən 8.8-ə düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53.5 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46.5 faiz olub. Doğulan körpələrdən 736-sı əkiz, 42-si isə üçəm olub.

Rəyi cavablandırın
İmtina et
Şərhlər (0)
İlk rəyi siz bildirin