Bu ilin on bir ayında Bakı Uşaq Bərpa Müalicə Mərkəzində 1798 uşaq müalicə alıb

Bu ilin on bir ayında Bakı Uşaq Bərpa Müalicə Mərkəzində 1798 uşaq müalicə alıb. Ümumiyyətlə, həmin müddət ərzində Müalicə Mərkəzinə 30,3 minə yaxın xəstə müraciət edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Əlillər Gününə həsr edilmiş mətbuat konfransında Mərkəzin direktoru Cəmilə Talıbova məlumat verib. Onun verdiyi məlumata görə, müxtəlif sinir xəstəlikləri və nitq qüsurlarının müalicəsində müasir üsullar tətbiq olunur. Burada son vaxtlar əvvəlkindən fərqli olaraq, 1 yaşınadək olan xəstə uşaqların müalicəsi də aparılır.

Mərkəzin ayrı-ayrı həkimləri tətbiq edilən müalicə üsulları barədə danışıblar.

 

 

AZƏRTAC