Bu il Azərbaycanda körpələrə ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

2017-cı ildə Azərbaycanda körpələrə ən çox hansı adların verildiyi məlum olub.

“Report” Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, xəbər verir ki, bu il ərzində doğulan körpələrə qoyulan adlar arasında üstünlük yenə Yusif (2839) və Zəhraya (2700) verilib.

Doğulan körpələrə verilən adlar arasında Əli (2102), Nuray (2072), Hüseyn (1937), Zeynəb (1620), Məryəm (1619), Ömər (1582), Aylin (1508), Fatimə (1499), Məhəmməd (1423), Uğur (1423), Mələk (1426), Murad (1228), Ayxan (1091), Ayan (1076) adları da üstünlük təşkil edib.

Bundan başqa, uşaqlara ən çox verilən adlar arasında  Xədicə (892), Mədinə (923), Dəniz (1381), Leyla (854), Tunar (845), İbrahim (840), Gülay (730), İnci (731), Ümid (722), Fidan (648), Raul (630), Banu (640), Nilay (501), Əsma (474), Amin (418), Adəm (339) kimi adlar da yer alıb.

Bu il körpələrə Əsnad (248), Sevgi (202), Elif (188), Günəş (178), Nihan (138), Milana (112), Sunay (104), Selin (100), Jasmin (99), İlknur (96), Səmra (85) kimi maraqlı adlar da verilib.

Ötən ilə nisbətdə verilmə sayı artan adlardan daha çox diqqəti “Damla” adı çəkir. Bu ad ötən il 653, bu il isə 1068 körpəyə qoyulub.

 

Report.az